Cəlilabadda 2 min il yaşı olan tapıntı hər kəsi təəccübləndirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Tarix, Video

Cəlilabadda 2 min il yaşı olan tapıntı hər kəsi təəccübləndirdi – VİDEO

Cəlilabadda 2 min il yaşı olan tapıntı hər kəsi təəccübləndirdi


Cəlilabad rayonunun Şatırlı kənd sakini Anar Qasımov həyətyanı torpaq sahəsində əkin işləri apararkən maddi-mədəniyyət nümunələri üzə çıxıb.

A.Qasımov əvvəlcə tapıntının məişətdə işlədilən adi küp olduğunu zənn edib. Lakin sonradan həmin yerdə insan sümükləri də aşkarlanıb.

Qəbirdən insan sümükləri ilə yanaşı, 70-dən çox müxtəlif rəngli və ölçülü bəzək əşyaları da tapılıb. Onların arasında muncuqlar, baş sancağı, gümüş üzük, boyunbağı da var.

Tarixçi Elşad Əmənovun sözlərinə görə, 80 sm diametrində olan küpün içərisində balıqqulağından hazırlanmış bəzək əşyalarının da olması faktına cənub bölgəsində bu tip qəbirlərdə ilk dəfədir rast gəlinir. O hesab edir ki, tapılmış sümükləri 9-12 yaşlı qız uşağının qalıqlarıdır.

Aşkarlanmış maddi-mədəniyyət nümunələri araşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib.

Cəlilabad Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, yaxın vaxtlarda ərazidə daha geniş arxeoloji tədqiqatların aparılması nəzərdə tutulub.

AzNews.info mövzu ilə bağlı “Xəzər Xəbər”in hazırladığı videomaterialı təqdim edir:


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *