Bu gün üçün Azərbaycan idmançılarının təqvimi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Bu gün üçün Azərbaycan idmançılarının təqvimi

Bu gün üçün Azərbaycan idmançılarının təqvimi


AzNews.info Apasport.az-a istinadən xəbər verir ki, bu gün Olimpiya Oyunlarında debüt edəcək idmançılarımızdan ikisi medallar uğrunda mübarizə aparacaqsa, biri ilk görüşünü keçirəcək.

Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov və qılıncoynatmanın sablya növü üzrə ölkəmizi təmsil edəcək Səbinə Mikinanın taleyinə bu gün aydınlıq gələcək.

Hər iki idmançımız yarışa 1/16 final mərhələsindən start verəcəklər.

Digər təmsilçimiz, 91 kq çəki dərəcəsində çıxış edəcək Abdulqadir Abdullayev isə ilk görüşünü keçirəcək. Dəri əlcək ustamız yarışa 1/8 final mərhələsindən start verəcək.

Qılıncoynatma
1/16 final
Səbinə Mikina (sablya) – saat 17:20

Cüdo
1/16 final
Rüstəm Orucov (73 kq) – saat 17:30

Boks
1/8 final
Abdulqadir Abdullayev (91 kq) – saat 20:45

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *