Müxbir Gülənə dəstək verən şoumenin üzünə tüpürdü – VİDEO
Türkiyədə 15 iyul dövlət çevrilişindən sonra Fətullah Gülənə dəstək verdiyi deyilən komediya ustası Atalay Dəmirçi görünməmiş etirazla qarşılaşıb.
Publika.az xəbər verir ki, A.Dəmirçinin 15 iyul hadisələrindən sonra Ankarada demokratiya mitinqlərinə qatılmasına baxmayaraq, FETÖ-çü Enes Kanter və Hakan Şükürə yazaraq, F.Gülən haqda “Qurban olaram mən ona” dediyi ortaya çıxıb.
A.Dəmirçidən müsahibə alan “Beyaz TV”-nin müxbiri Levent Kelleci isə ona etiraz olaraq, üzünə tüpürüb.
L.Kelleci əvvəlcə çəkilişi dayandırır və Dəmirçiyə belə deyir:
“Müxbirlik çətin peşədir. Mən sizin doğru dediyinizə inanmıram. Kızılayda mitinqə çıxıb danışdınız. Sonra da Enes Kanterlə danışaraq, “qurban olaram mən ona” dediniz. Məncə siz onların itisiniz. Bu, mənim şəxsi fikrimdir. O qədər insan öldü, siz isə “qurban olaram” deyirsiniz”.
O, daha sonra şoumenin üzünə tüpürərək A.Dəmirçidən müsahibə almaqdan imtina edib.
Mənbə:> Publika.az