Sudan prezidenti Fətullah Gülənə bağlı məktəbləri bağladı
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xartumdakı səfir Camaləddin Ayhan ölkəsində baş vermiş son hadisələrin müzakirəsinə həsr olunmuş forumda bildirib.
“Sudan prezidenti ölkəsində Gülənə bağlı bütün məktəblərin bağlanmasına qərar verib”, - deyə səfir vurğulayıb.
C.Ayhan deyib ki, rəsmi Ankara yaranmış vəziyyətlə bağlı Xartumun həmrəyliyini qiymətləndirir:
“Sudan prezidenti Ömər əl-Bəşir hadisənin ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən zəng vurmuş azsaylı dövlət başçılarından biri idi”.
Mənbə:> Oxu.Az