Ərdoğan Gülənə şərt qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğan Gülənə şərt qoydu

Ərdoğan Gülənə şərt qoydu


Türkiyədə iki aydan bir toplanan Milli Təhlükəsizlik Şurası (MGK) ötən gün növbəti iclasını keçirib.

ANS PRESS-i məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Təhlükəsizlik Şurasında (MGK) “paralel hökumət”lə bağlı bəzi daşınışıqlar aparması Gülən camaatında narahatlıq yaradıb.

İclasda “paralel hökumət”in fəaliyyətlərinin beynəlxalq təhlükə kimi görülməsi və “Qırmızı kitab”a salınması barədə, eləcə də daxili və xarici təhlükələr, PKK və İŞİD barədə danışıldığı bildirilir.

Türkiyə prezidenti Küveyt səfərindən qayıdarkən MGK-da bu mövzuda danışacaqlarını bu cür ifadə etmişdi: “Gülən camaatı ya bu dövlətin varlığını qəbul edəcək, ya da yox olacaqlar”.

Qeyd edək ki, Türkiyədə “Qırmızı Kitab” məxfi saxlanılan Milli Təhlükəsizlik Siyasəti Sənədidir. Milli Təhlükəsizlik Konsepsiyası xarakteri daşıyan sənəddə düşmən və dost ölkələr müəyyənləşdirilir, ölkənin xarici siyasətinin təməl prinsipləri yer alır, dövlət üçün daxili təhdid sayılan qüvvələr qeyd olunur. R.T.Ərdoğan prezident olaraq ilk dəfə ötən ilin oktyabr ayının 30-da bu iclasda iştirak edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *