Kök qadınları açıq libaslarda şəkillərini paylaşmağa çağırdılar – FOTO
Mariposanın çağırışına qabarıq formalara malik onlarla xanım səs verib.
23 yaşlı “plus-size” model Simone Mariposa sosial şəbəkələrdə #WeWearWhatWeWant (Biz istdiyimizi geyirik) fləşmobuna start verib. Fləşmob libas seçərkən artıq çəkisi olan xanımların çəkdikləri narahatlığa qarşıdır.
Oxu.Az xəbər verir ki, bu barədə “BuzzFeed” məlumat yayıb.
“Mən “plus-size” xanımların “yolverilməz” libaslarda təqdim ediləcəyi heşteqə start vermək istəyirəm. “Plus-size” xanımlar bu tvitə cavab verin və ya #WeWearWhatWeWant heşteqi altında öz sevimli libaslarınızda şəkillərinizi paylaşın”, - model yazıb.
Mariposanın çağırışına geyim seçərkən müəyyən məhdudiyyətlərə boyun əyməli olmaları ilə razılaşmayan qabarıq formalara malik onlarla xanım səs verib.
Mənbə:> Oxu.az