Avstraliyalılar kök modellərin olduğu reklamı bəyənmədilər
Lush Britaniya kosmetika markasının məmulatının plus-size formatlı modellərin iştirakı ilə reklamı Avstraliya istehlakçılarına pornoqrafik görünüb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə BuzzFeed bildirib.
Bəzi istehlakçıların müvafiq şikayətləri reklam standartları üzrə Milli Şuraya (Advertising Standards Board) göndərdikləri bildirilib.
Resursdan bildirildiyi kimi kampaniyaya plus-size modelləri cəlb ediblər, onlar reklam çarxında sabun parçaları ilə örtünürlər. Lush-ın marketoloqunun fikrincə, burada öz bədəninə pozitiv münasibətin mühümlüyü və eyni zamanda da Lush təbii vasitələrinin qablaşdırılmasız satılması vurğulanır.
ASB-yə ilk şikayət Kvinslendən daxil olub. Onun müəllifi bildirib ki, çılpaq qadınların olduğu plakat yerli ticarət mərkəzində “onu uşaqların görə biləcəyi yerdə” yerləşdirilib; şikayətçi kampaniyanın “təhqiramiz və pornoqrafik olmasını təsdiq etməyi” tələb edib. Bundan sonra ekspertlər daha üç analoji şikayət alıblar.
ASB-də Lush-ın çılpaqlığı məmulatın ətrafında ajiotaj yaratmaq üçün istifadə etdikləri fikrinə gəliblər.
BuzzFeed mübahisəli plakatların gələcək taleyi barədə heç nə yazmır.
Mənbə:> Oxu.Az