Hafiz Hacıyev: Azərbaycanda porno-saytlarla bağlı qadağalar olmalıdır » AzNews.info -Xəbər portalı

Hafiz Hacıyev: Azərbaycanda porno-saytlarla bağlı qadağalar olmalıdır

Hafiz Hacıyev: Azərbaycanda porno-saytlarla bağlı qadağalar olmalıdır


Bu yaxınlarda Rusiya nəzarət komitəsi 11 pornoqrafik internet-resursa girişi məhdudlaşdırıb. Hətta qadağan edilmiş informasiyanın vahid reyesterinə dünyanın ən iri porno-saytlarından olan PornHub da daxil edilib. Pornoqrafik tərkibli internet-resurslar qadağan edilmiş informasiyanın vahid reyesterinə Krasnodar vilayətinin Krılovski rayon məhkəməsinin qərarı ilə daxil edilib. Məhkəmə bu resursların “Uşaqların sağlamlığına və inkişafına mənfi təsir edəcək informasiyadan müdafiə” barədə qanunu pozduğunu qərara alıb.

Belə bir qərarın Azərbaycanda nə qədər aktual olduğu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzdən maraqlandıq.

AİF-in prezidenti məsələ ilə bağlı Oxu.Az-a bildirdi ki, ölkəmizdə porno-saytların yayılması qadağandır, lakin xaricdə yerləşən resurslara qadağa qoyulmasında bəzi problemlər var:

“Azərbaycanda pornoqrafik tərkibli internet-resursların yaradılması, o cümlədən internetdə yayılması qadağandır. Bu, həm Azərbaycan Respublikasının qanunlarına görə, həm də beynəlxalq normalara görə qadağandır.

Ola bilər ki, bəzi pornoqrafik tərkibli resurslar Azərbaycan ərazisində yox, xarici ölkələrdə yerləşsin, bu halda elə bir addım atıla bilər ki, bu cür resursların əldə olunması əngəllənsin. Bununla bağlı müəyyən problemlər ortaya çıxır, ola bilər ki, bu gün hansısa bir pornoqrafik, erotik və yaxud qanunazidd resursun olmasını müəyyən etmək üçün deyək ki, məhkəmə qərarı əsas götürülür. Və yaxud da resursun fəaliyyəti müəyyən vaxta qədər dayandırılır.

Prinsipcə bu cür resursların internetdə yayılmasını və ələlxüsus da azyaşlılar üçün əldə olunmasını qəti şəkildə yolverilməz hesab edirik. Bu tip resurslara giriş müxtəlif proqramlar vasitəsi ilə əngəllənə bilər. Məsələn, ictimai yerlərdə, internet klublarda və s.. Eyni zamanda aidiyyatı qurumlar bununla bağlı məhkəməyə müraciət edə bilərlər və məhkəmənin qərarı ilə həmin saytlar bağlana bilər”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikrincə, Azərbaycanda bu tip saytların yaranması, eləcə də ölkəmizdə yayılması insanların mənəvi və fiziki pozğunluğuna gətirib çıxarır, bu da ölkədə pozğunçuluğa və fahişəliyin artmasına səbəb olur.

“Porno-saytların fəaliyyətinin qarşısı alınsa, bizim gənclər pozğunçuluğa meyilli olmaz, o istiqamətdə pul xərcləməzdilər”.

Hafiz Hacıyev qeyd edib ki, porno-saytların yayılmasında insan alverçilərinin marağı var:

“Ümumiyyətlə, ölkəmizdə porno məzmunlu saytların yayılmasında xüsusi qrupların marağı var. Onlar da əsasən insan alveri ilə məşğul olan insanlardır. Bu, həmin işi görən şəxslərə xeyir gətirir. Bunun da təsiri böyükdür. Ailələr dağılır, azyaşlı uşaqlar pozğunluğa meyilli olurlar, fahişələrin sayı artır”.

Partiya sədri həmçinin porno məzmunlu saytlara girişə məhdudiyyət qoyulmasının vacibliyini vurğulayıb:

“Ölkəmizdə bununla bağlı müəyyən qadağalar olmalıdır. Demokratiya olan yerdə sərbəstlik olmalıdır, lakin porno-saytların nə demokratiyaya, nə də ki, milli psixologiyaya aidiyyatı var”.

Tanınmış ilahiyyatçı Elşad Miri bildirib ki, xristian ölkəsi, və ya başqa dinə mənsub ölkədən olmasına baxmayaraq, heç bir valideyn övladının hansısa əxlaqsız sayta daxil olmasını istəməz:

“Bu, dinə aid məsələ deyil, amma fikrimcə, belə məsələləri gündəmə gətirərək, bu tipli saytların bağlanmasına nail olmaq olar. Hər hansı bir resurs qanunaziddirsə, məhkəməyə müraciət edərək, o tipli sayta daxil olmağa qadağa qoyula bilər”.

Mənbə: Oxu.Az - Elvin Əhmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *