Porno saytlar cibimizə girir
Porno izləyənlər arasında mobil cihazdan istifadə edənlərin sayı artıb.
ANS PRESS-in məlumatına görə, məşhur pornoqrafiya saytlarından biri bu barədə statistika açıqlayıb. Saytın araşdırmasına görə, pornoqrafiya izləyicilərinin seçdiyi cihazlar arasında mobil qurğular sürətlə artır. Məlumata görə, insanlar noutbuk və kompüterlərdən daha çox mobil telefonlardan istifadə edirlər.
Statistikaya görə, dünya üzrə istifadəçilərin 45 faizi telefondan, 11 %-i isə planşetdən pornoqrafiya saytlarına daxil olur. Bu nisbətlər ABŞ-da daha da yüksəkdir. Belə ki, telefondan istifadə edənlərin nisbəti bu ölkədə 56%, planşet isə 12 faizdir.
Mobil cihaz sistemi olan Android istifadəçilərinin 49%-i, iOS istifadəçilərinin 40%-i porno saytlara daxil olur. Windows phone istifadəçilərinin isə yalnız 2%-i bu cür saytlara daxil olur.
Bu son rəqəmlər mobil cihazların pornoqrafiya sahəsində hökmranlıq etdiyini göstərir.
Mənbə:> ANSPRESS