Boyu 170 sm-dən yuxarı olan xanımların nəzərinə!
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi qadınların hərbi xidmətə qəbulunu elan edib.
Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarə Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir.
Xidmətə qəbulun şərtləri: hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli; boy ölçüsü 170 sm-dən yuxarı; yaşı 19-dan aşağı və 25-dən yuxarı olmayan; ən azı orta təhsilli.
Hərbi xidmətin xüsusiyyətləri: xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər.
Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.
Mənbə:> Bizimyol.info