Həmvətənlərimizə dünya podiumlarına çıxmaq şansı yarandı
Ölkəmizi xarici ölkələrdə moda sahəsində təmsil etmək məqsədilə kastinqə start verilib.
ANS PRESS-in mlumatına görə, "World Beauty Congress"in Azərbaycan nümayəndəliyi model və moda sahəsində “New Face Azerbaijan 2015” adlı kastinqə start verib. Bu barədə tanınmış təşkilatçı Aqil Məmiyev xəbər verib.
"“World Beauty Congress” tərəfindən tez-tez xarici ölkələrdə keçirilən beynəlxalq model və gözəllik müsabiqələrinə ölkə təmsilçilərmizi göndəririk. Elə bu məqsədlədə xüsusi model bazası yaratmaq və yeni simaları üzə çıxartmaq məqsədi ilə model kastinqinə start verdik.", – deyə “World Beauty Congress” in Qafqaz ölkələri üzrə rəhbəri A.Məmiyev bildirib.
Layihəni uğurla keçən namizədlər üçün aşağıda göstərilən formda şanslar yardılacaq:
- Xaricdə model təhsili və iş təcrübəsi;
- Dünya müsabiqələrində iştirak;
- Dünyanın tanınmış moda həftələrində iştirak;
- Dünyca tanınmış xareqrflarından master klaslar görmə imkanı ;
- Film, reklam, jurnal, brend çəkimlərində iştirak.
Qeyd edək ki, sənəd qəbulu may ayının sonuna kimi davam edəcək.
Mənbə:> ANSPRESS