Nazir: Azərbaycanda karbamid zavodu 2018-ci ildə istifadəyə veriləcək
“Son dövrlərdə yaradılan tikinti materilalları istehsalı sahələri - sement, gips əsaslı məhsullar, hörgü blokları, metal konstruksiyalar, eləcə də elektrik avadanlıqları və elektrik kabellləri, iri qabaritli transfarmatorlar istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, xarici bazarlara ixrac etmək imkanı yaradır”.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev keçirilən kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, hazırda tikintisi həyata keçirilən polimer, əhəng istehsalı və fasad məmulatları müəssisələri bu sahələrdə də özünü təminat səviyyəsini yüksəldəcək.
“Tikintisi davam etdirilən Karbamid zavodu kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb etməklə, azot gübrəsinə olan tələbatı tam ödəyəcək. Layihənin dəyəri 900 milyon avrodur. Hazırda zavodun tikintisinə 2300 nəfər cəlb olunub. Müəssisənin 2018-ci ilin ilk aylarında istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə nazir qeyd edib.
Mənbə:> Oxu.az