Bu il tütün sektorunda çalışanların sayı 8 minə çatacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bu il tütün sektorunda çalışanların sayı 8 minə çatacaq

Bu il tütün sektorunda çalışanların sayı 8 minə çatacaq


Tütünçülüyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində bildirib.

“2016-cı ildə ötən illə müqayisədə 2 dəfədən çox - 3 min hektar sahədə tütün əkiləcək. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq”, - deyə nazir əlavə edib.

Tütünçülüyün inkişafı ilə bağlı aparılmış müzakirələrdə tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla qəbul ediləcəyini bildirmişlər.

Nazir qeyd edib ki, İqtisadiyyat Nazirliyində digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə müzakirələr də aparılıb, onların problemləri və təklifləri öyrənilib.

“Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür”, - deyə Ş.Mustafayev müsahibəsində vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *