Azərbaycanda 400 milyon dollarlıq sualtı gəmi tikilir
Bakı Gəmiqayırma Zavodunda dəyəri 400 milyon dollardan yuxarı sualtı tikinti gəmisinin tikintisi aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi qurumda keçirilmiş kollegiya iclasında bildirib
Nazir qeyd edib ki, Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır.
“İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib.
Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib”, - deyə, Şahin Mustafayev vurğulayıb.
Mənbə:> Oxu.Az