Edam ediləcək qadının son istəyi hamını təəccübləndirdi – FOTO
“TRT Haber” telekanalının verdiyi məlumata görə, zəhərli iynə ilə edam ediləcək 46 yaşlı Kelli Rene Gissendanerin son istəyi geniş hamburger menyusu olub.
O, uzun siyahıdan ibarət menyunu həbsxana rəhbərliyinə təqdim edib. Menyuda iki böyük pendirli hamburger, kartof qızartması, salat, qovrulmuş qarğıdalı, pomidor, qızardılmış soğan və yumurta, süd, limonad və vanilli dondurma var.
Ərini 1997-ci ildə öldürməkdə günahlandırılan K.R.Gissendaner ştatda son 70 ildə edam ediləcək ilk qadın olacaq.
Mənbə:> Feed.az