4 İŞİD üzvü edam olundu – ƏFQANISTANDA
Əfqanıstanda millət vəkili Zahir Qədirin tabeliyində olan qüvvələr Nənqəhar vilayətinin Açın rayonunda 4 İŞİD üzvünü edam edib.
Axar.az xəbər verir ki, bu barədə rayon valisi Hacı Qalib məlumat verib.
Onun sözlərinə görə, hadisə dünən gecə baş verib. Öldürülən terrorçuların meyitləri Kaha vilayətinə aparılıb.
Mənbə:> Axar.az