Avropa Çempionatı “Azerspace-1” peyki vasitəsilə yayımlandı » AzNews.info -Xəbər portalı

Avropa Çempionatı “Azerspace-1” peyki vasitəsilə yayımlandı

Avropa Çempionatı “Azerspace-1” peyki vasitəsilə yayımlandı

14-17 iyulda Gürcüstanda keçirilən Yüngül Atletika üzrə Avropa Çempionatı “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanıb.

Bu barədə “Azərkosmos” ASC-dən Oxu.Az-a bildirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC və Gürcüstanın “NPLE Media Center” şirkəti arasında imzalanan müqaviləyə əsasən, Avropa Yayım Birliyi (European Broadcasting Union- EBU) çempionat zamanı görüntünün dünyanın bir çox beynəlxalq yayım mərkəzinə çatdırılmasını “Azerspace-1” peyki vasitəsilə həyata keçirib.

“Azərkosmos” 4 gün davam edən çempionatın ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki televiziya tamaşaçısına yüksək keyfiyyətlə çatdırılmasında mühüm rol oynayıb.

Bu da öz növbəsində gələcəkdə keçiriləcək idman yarışlarının, eləcə də digər əhəmiyyətli tədbirlərin “Azerspace-1” peyki vasitəsilə yayımlanması üçün Avropa Yayım Birliyi ilə əməkdaşlığın qurulması istiqamətində irəliyə atılan uğurlu addımlardan hesab olunur.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *