Ramin Quluzadə: “Azerspace-2” 2017-ci ildə orbitə buraxılacaq » AzNews.info -Xəbər portalı

Ramin Quluzadə: “Azerspace-2” 2017-ci ildə orbitə buraxılacaq

Ramin Quluzadə: “Azerspace-2” 2017-ci ildə orbitə buraxılacaq

Hazırda “Azerspace-2” peykinin istehsal prosesi gedir və peykin 2017-ci ildə obitə göndərilməsi planlaşdırılıb. Digər bir maraqlı layihə isə nanopeyklərin istehsalı ilə bağlıdır.

Bu istiqamətdə “Azərkosmos” ilə Milli Aviasiya Akademiyası əməkdaşlıq edir və artıq tələbə peyki olan “CanSat” layihəsinin icrasına başlanılıb.

Oxu.Az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə “The Business Year” jurnalına müsahibəsində bildirib.

“Vacib məsələlərdən biri də milli kadrların hazırlanmasıdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hazırda “Azerspace-1” peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur.

Ümumilikdə onu deyə bilərəm ki, hazırda ölkəmiz üçün yeni olan kosmik sənaye bütün aspektlər üzrə paralel şəkildə inkişaf edir və peyk xidmətlərinin təşkili uğurlu səviyyəyə çatıb”, - deyə nazir əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *