Ukrayna “Azerspace-1”in xidmətlərindən imtina etdi » AzNews.info -Xəbər portalı

Ukrayna “Azerspace-1”in xidmətlərindən imtina etdi

Ukrayna “Azerspace-1”in xidmətlərindən imtina etdi

Verilişlər “Amos-3” (4°W) peyki vasitəsilə yayımlanır.

Ukraynanın “Kultura” dövlət telekanalı proqramlarının Azərbaycanın “Azerspace-1” peyki vasitəsilə yayımlanmasını dayandırıb, bu barədə telekanalın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, telekanalın verilişləri “Amos-3” (4°W) peyki vasitəsilə yayımlanır.

Bununla yanaşı, “Azerspace-1”in yardımı ilə yayımlanan Ukraynanın “Mərkəzi kanalı” (KDRTRK), “Lviv TV”,“ОЕ”, “ChePe Info”, “Boutique TV”, “UТR” və “Radio Antoshka” “Amos-3”ün resursuna keçib.

Hal-hazırda “Azerspace-1” vasitəsilə Ukraynanın “UATV” kanalı yayımlanır.

“Azerspace-1” peyki ilə yayımlanan tele və radio kanalların ümumi sayı 140-a çatır. Peyk 46 dərəcə şərq uzunluğunda orbital mövqedə yerləşdirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *