Azərbaycan peyki üzərindən yayımlanan kanalların sayı artdı » AzNews.info -Xəbər portalı

Azərbaycan peyki üzərindən yayımlanan kanalların sayı artdı

Azərbaycan peyki üzərindən yayımlanan kanalların sayı artdı


“Azərkosmos” ASC Gürcüstanın “Maestro TV” və “Saperavi TV” kanalları ilə kommersiya yayımına dair müqavilə imzalayıb.

Bu barədə “Azərkosmos”dan Oxu.Az-a bildirilib.

“Müqaviləyə əsasən, kanallar 2016-cı ildən etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, “Maestro” kanalı 1995-ci ildə təsis edilib. “Saperavi TV”də isə qədim gürcü adət-ənənələrini əks etdirən proqramlar yayımlanır.

Peyk operatoru, həmçinin, Türkiyənin RS FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanal “Azerspace-1” peyki üzərindən 2016-cı ilin fevral ayından etibarən 11135/H/27500 tezliyi ilə yayımlanacaq”, - deyə ASC-dən qeyd edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *