Magistral su kəmərində QƏZA
Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib.
Oxu.Az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.
Mənbə:> Oxu.Az