Bakıda silahlı şəxsdən Türkiyəyə inanılmaz dəstək – «Döyüşəcəm» » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Kriminal

Bakıda silahlı şəxsdən Türkiyəyə inanılmaz dəstək – «Döyüşəcəm»

Bakıda silahlı şəxsdən Türkiyəyə inanılmaz dəstək – «Döyüşəcəm»


Türkiyədə baş verən məlum hadisələrə Bakıda fərqli reaksiyalar verilir. Türkiyəyə dəstək aksiyalarının ardınca Bakı şəhər sakini olan orta yaşlı kişi maraqlı addım atıb. Hüquq-mühafizə orqanlarından Avtosfer.az-a daxil olan məlumata görə, dünən üzərində qundağı kəsilmiş, eləcə də, optik nişangahla təchiz edilmiş tüfəng və bıçaq olan kişi Türkiyənin Bakıdakı səfirliyinin binasına yaxınlaşıb. O, polis əməkdaşlarına yaxınlaşaraq silahı və bıçağı göstətrib, ardınca da «Türkiyədə döyüşməyə getmək istəyirəm, kimə müraciət edim» deyə, müraciət edib. Polis əməkdaşları dərhal həmin şəxsi saxlayaraq aidiyyatı üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə təhvil veriblər.

İlkin araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin psixoloji durumu normaldır. Sadəcə, hadisəni törədərkən sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *