Bakıda kafedə biabırçılıq: Yaşlı kişini dəbli oturacaqlara yaraşdırmadılar – FOTO
Azərbaycanın tanınmış jurnalistlərindən olan Rəhman Hacılı bu gün xoşagəlməz, hətta biabırçı hadisə ilə üzləşib.
AzNews.info Milli.Az-a istinadən R.Hacının Facebook profilində paylaşdığı yazısını təqdim edir:
"Bu gün qəlbimi qıran, məni çox narahat edən insidentlə qarşılaşdım. Şəhərə gəzintiyə çıxmışdım. İtimi, york cinsindən olan Pippini gəzdirirdim. Fəvvarələr meydanında dolaşdım, yolda "Coffeeshop Sompany" kafesinə girdim.
Düzünü desəm, indiyədək orada olmamışdım, amma fikrimi dəyişmədim. Küçədə oturduq, salat yedik. Bir sözlə, normal.
Elə kafeni tərk etmək istəyirdim ki, oraya yaşlı kişi daxil oldu. Zahiri görünüşünə görə normal, sərxoş olmayan, "bomj"a bənzəməyən insandı. Müştərilərə sataşmırdı, pis qoxumurdu. Varlı olmadığı görünürdü, amma bunun nə önəmi var ki...
Kişi qonşu masanın arxasına oturdu. Zənn edirəm ki, sadəcə, nəfəsini dərmək istəyirdi. Saat 16 radələri idi, hava da çox isti.
Ona kafenin ofisiantlarından biri yaxınlaşdı. Su gətirdi, cibindən bir manat çıxardı. Kişiyə uzadı dedi ki, restoranın rəhbərliyi onun getməsini istəyir. Yəni suyu içə bilər, manatı götürə bilər, amma heç bir halda müştərilərə "həyatdan kam almağa" mane olmamalıdır.
Qoca ona baxdı və dedi ki, sadəcə, dincəlmək istəyir. Axı çox istidir.
Bu kafe və ya restoranda bütün masalardan ən uzağı üçünün arxasında müştərilər olsa da, həmin qocaya kafedə yer yoxdu. Kafe rəhbərliyi qərara gəlmişdi ki, bu qoca onların möhtəşəm masalarının arxasında oturmağa, əllərini o masanın üstünə qoymağa, onların möhtəşəm kofelərini içməyə layiq deyil.
Belə çıxır ki, restoran rəhbərliyinin fikrincə, itim Pippi bu kafedə olmağa layiqdir, amma qoca kişi - yox.
Ofisiantdan soruşuram ki, bu kişi üçün menyudan nəsə sifariş verə bilərəmmi? Ofisiant dedi: "Bağışlayın, məndən asılı deyil. Rəhbərimiz olan qadın dedi ki, o kişi getsin. Mən heç nə edə bilərəm".
Qoca kişi, təbii ki, getdi. Mübahisə etmədi - düşünürəm ki, nə istəyi, nə heyi vardı - 5 metr addımladı, sonra qonşu blokun pilləkəninə oturdu.
Ona yaxınlaşdım, nə içmək istədiyini soruşdum.
"Coffeeshop Company" rəhbərliyinə görə, özümə görə utandım, çünki yaşlılarımıza layiqli qocalığı təmin edə bilmirik.
Qoca kişi mənə baxdı, gülümsədi və dedi: "Heç nə gərək deyil, oğul, yorulmuuşam. Beş dəqiqə oturub gedəcəyəm".
Gerçəkdən də, bir qədər oturduu, getdi.
"Coffeeshop Company"yə bir daha ayaq basmaram. İnsanların "birinci" və "ikinci" dərəcəli sayıldığı yerdə işim yoxdur.
Sizə də ora getməyi məsləhət bilmirəm".
Mənbə:> Milli.az