Toyun səhəri yatağında sevdiyi qızı yox, eybəcər qoca arvadı görən kişi... » AzNews.info -Xəbər portalı

Toyun səhəri yatağında sevdiyi qızı yox, eybəcər qoca arvadı görən kişi... – FOTO

Toyun səhəri yatağında sevdiyi qızı yox, eybəcər qoca arvadı görən kişi...


C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının R.Behbudov adına Mahnı Teatrında yeni tamaşasının premyerası keçirilib.

ANS PRESS-in məlumatına görə, Molla Nəsrəddin lətifələrinin motivləri əsasında hazırlanan "Nəsrəddin evlənir..?" adlı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xaqani Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor asisstenti Samirə Hacıyevadır.

Birhissəli məişət komediyası janrında hazırlanan səhnə əsərində əməkdar artisti Vaqif Kərimov (Əzrayıl), Elçin Hacıyev (Molla Nəsrəddin), Ceyhun Əliyev (Məmmədəli) Rövşən Cəfərov (Lotu) Şəbnəm Cəbrayılova (Mollanın sevgilisi) və başqa gənc aktyorlar çıxış ediblər.

Sevdiyi qızı yuxusunda görən Nəsrəddini Əzrayıl oyadıb onu özü ilə o biri dünyaya aparmağa gəldiyini bildirir. Çox cavan olduğunu, hələ də evlənmədiyini bildirən Nəsrəddinin yalvarışlarından yumşalan Əzrayıl, ona evlənmək üçün üç gün vaxt verir. Dərdini Lotulara danışıb onlardan kömək istəyən Nəsrəddin toy gününün səhəri oyanıb yatağında sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər və qoca arvadı görəndə aldanıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.

Toyun səhəri yatağında sevdiyi qızı yox, eybəcər qoca arvadı görən kişi...
Toyun səhəri yatağında sevdiyi qızı yox, eybəcər qoca arvadı görən kişi...

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *