Pivə məclisində dava düşdü, qoca kişi döyüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Pivə məclisində dava düşdü, qoca kişi döyüldü

Pivə məclisində dava düşdü, qoca kişi döyüldü


Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Prosesdə polis tərəfindən məcburi gətirilmə ilə bağlı qərarlar açıqlanıb. Hakim Biləsuvar və Abşeron Rayon Polis şöbələrindən gələn məktubları proses iştirakçılarına elan edib.

Belə ki, haqqında məcburi gətirilmə çıxarılan Şakir Vəlişov Rəcəb Babayevin qeydiyyatda olduqları ünvanda yaşamadıqlarını və polis tərəfindən axtarışın davam etdiyini elan olunub. İbtidai istintaqda şahid kimi ifadə verən Eyvaz Məmmədovun hazırda hərbi xidmətdə olduğu bildirilib.

Təqsirləndirilən Ə.Əliyev qısa çıxış edərək məhkəmə prosesinin tez bir zamanda yekunlaşdırılmasını istəyib: “Bu cinayəti mən törətmişəm, burdayam, boynuma almışam, cəzamı verin”.

Zərərçəkmiş şəxs qismində olan Heydər Əhmədov isə şahidlərin mütləq məhkəməyə gətirilməsini xahiş edib: “Cənab hakimlər, bu şəxslər şahid deyillər, günahkardırlar. Əfsun mənə bıçaq zərbəsi vurub, amma qalanları isə məni ölənə qədər döyüblər. Mən istəyirəm ki, onlar barəsində cinayət işi qaldırılsın, cəzaları verilsin”.

Hakim Ramella Allahverdiyeva şahidlərin ibtidai istintaqa verdiyi ifadələrini elan edib.

Şahid qismində istintaqa ifadə verən Rəcəb Babayev hadisə baş verən kafenin işlətdiyini bildirib: “Hadisədən 20 gün qabaq o kafeni icarəyə götürüb işlədirəm. Əfsungil də, Heydərgil də tez-tez kafeyə müştəri kimi gəlirdilər. Onlarla başqa münasibətim olmayıb. İyun 1-də Heydər kafeyə gəlmişdi, bir az içkili idi. Pivə sifariş elədi. Bu zaman qarşı masada Əfsun Əliyev, Eyvaz Məmmədov və Ceyhun Bəhişov oturmuşdular. Heydər bunlarla salamlaşdı və mənə həmin stola pivə, pendir verməyimi tapşırdı.

Sonra Heydər o biri masada oturan qoca kişi ilə söhbətləşdi. Onlar bir yerdə içdilər. Bir müddət keçəndən sonra Heydər kişidən 10 manat aldı, gətirib mənə verdi. Dedi ki, qalan pulu da bir-iki saata gətirib çatdıracaq, razılaşdım. Çünki hər gün gəlib-gedən müştəri idi.

Heydər iki dondurma və şampan sifariş verdi, gətirdim. Cox içmişdilər. Heydər qoca kişi ilə çölə çıxdı. Səs-küy gəldi. Əfsungilnən həyətə çıxanda gördük ki, Heydər qoca kişini divara dırmaşdırıb, ardıcıl zərbələr endirir. Əlindən aldıq. Dedi ki, siz qarışmayın, pulu var, amma içkinin pulunu vermir. Qoca kişi də 10 manat verdiyini, qalan pulu isə Heydər verməsini istəyirdi.

Biz kişini içəri gətirib əl-üzünü yuduq. Əfsun isə Heydərlə çöldə mübahisə edirdi. 15 dəqiqə keçmişdi ki, Əfsun içəri girdi. Gördüm üstü- başı qandır. Heydər də yaralıdır. Kafenin qarşısında 100 çox adam var idi. Yəni hadisəyə səbəb birbaşa Heydərdir. Dedilər ki, Heydər içkili olduğundan Əfsuna söyüş söyüb. O da bıçaq vurub. Orada ikisi tək olublar. Biz sadəcə o qoca kişini Heydərin əlindən zorla almışıq”.

Digər şahidlərin də ibtidai istintaqa verdikləri ifadə elan edilib. Onlar da eyni məzmunlu ifadə veriblər.

Hakim Ramella Allahverdiyeva məhkəmə istintaqının baş çatdırmaqla bağlı tərəflərin fikrini öyrənib. Dövlət ittihamçısı, vəkillər və təqsirləndirilən şəxs məhkəmə istintaqının başa çatmasını etiraz etməyib. Zərərçəkmiş şəxs isə uca səslə digər şahidlərin cəzalanmasını və buna görə məhkəmə istintaqının yekunlaşdırılmamasını istəyib.

Hakim Ramella Allahverdiyeva Heydər Əhmədovun sakit durmasını tələb edib: “Əslində sənə də iş açılmalıydı. Xuliqanlıq eləmisən. Sən yerində sakit dur”.

Hakimlər yerində müşavirə edərək məhkəmə istintaqının başa çatdığını elan ediblər. Söz dövlət ittihamçına verilib. Prokuror çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi mayın 27-də davam edəcək.

Qeyd edək ki, hadisə keçən il iyulun 1-də Binəqədi şosesindəki kafelərin birində baş verib. Astara rayon sakini, 1979-cu il təvəllüdlü Heydər Əhmədov qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Əfsun Əliyev tutulub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *