Turistlər Bakının nəyini bəyənir? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Turistlər Bakının nəyini bəyənir? — SORĞU

Turistlər Bakının nəyini bəyənir?

Cari ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ASAN könüllüləri ilə birgə Bakı şəhərində turistlərin daha çox olduğu İçərişəhərdə (Qoşa Qala qapısının qarşısındakı meydanda) və Nizami küçəsində qısa sosioloji sorğu keçirilib.

Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, sorğuda 3 saat müddətində 247 nəfər turist iştirak edib və təqdim edilmiş suallar müvafiq qaydada cavablandırılıb.

Sorğuda iştirak edən 247 respondentdən 19%-i Rusiyanın, 16%-i BƏƏ-nin, 10,5%-i Türkiyənin, 9%-i İraqın, 8%-i İranın, 6,5%-i Ukraynanın, 4,5%-i Böyük Britaniyanın, 26,5%-i isə digər ölkələrin payına düşür.

Həmçinin turistlərin 55%-nin birinci dəfə, 45%-nin isə artıq bir neçə dəfə Azərbaycana səfər etdiyi vurğulanıb.

“Azərbaycanda nəyi bəyəndiniz” sualına turistlərin 39%-i Azərbaycan mətbəxini, 28%-i hər şeyi, 21%-i İçərişəhəri, Qız qalasını, Fəvvarələr meydanını, Dənizkənarı Bulvarı, 7%-i isə müasir arxitekturanı bəyəndiyini bildirib.

Ölkəmizdəki turistlərə verilən “nəyi bəyənmədiniz” sualına isə cavab olaraq turistlər qiymətlərin baha olmasını, ictimai nəqliyyatın rahat olmamasını, internet sürətinin zəif olmasını, ümumilikdə əhalinin, xüsusən də taksi sürücülərinin ingilis dilində zəif bilməsini qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *