Xətaidəki yanğına görə tutulan şəxs öldü
Keçən il Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğına görə həbs edilmiş vəzifəli şəxslərdən biri həbsxanada vəfat edib.
AzNews.info Lent.az-a istinadən xəbər verir ki, ötən ilin aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 16 saylı ünvanda baş vermiş yanğınla bağlı həbs edilən, 1963-cü il təvəllüdlü Muxtarov Nüsrət Əli oğlu Bakı İstintaq Təcridxanasında qəfil vəfat edib.
Bildirilir ki, o, ürək tutmasından dünyasını dəyişib.
Mənbə:> Lent.az