Sumqayıtın “Yaşıl bina”sı bərpa olunur – FOTO
Sumqayıt şəhər İcra Hakimiyyətinin binası yenidən yaşıl örtüyə bürünəcək.
AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, bu məqsədlə İcra Hakimiyyətinin binasının qarşısında sarmaşıqlar əkilib.
Şəhər sakinlərinin sözlərinə görə, Sumqayıtın yaxın keçmişdə simvollarından sayılan şəhər İcra Hakimiyyətinin binasının yaşıl örtüyü yenidən bərpa olunacaq. Bununla bağlı icra başçısı Zakir Fərəcov xüsusi tapşırıq verib.
Qeyd edək ki, binanın yaşıl örtüyü 2010-cu ildə Vaqif Əliyevin icra başçısı olduğu dövrdə ləğv edilib. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə və qınaq obyektinə çevrilmişdi.
Mənbə:> AzVision.az