Materazzi Zidana qarşı nalayiq sözlər işlətdiyini etiraf etdi – VİDEO
Futbol üzrə İtaliya yığmasının keçmiş müdafiəçisi, 2006-cı ilin dünya çempionu Marko Materazzi Berlində keçirilən dünya birinciliyində fransalı futbolçu Zinəddin Zidanla yaşanan insidentin səbəbini açıqlayıb.
Oxu.Az L'Equipe nəşrinə istinadən xəbər verir ki, M.Materazzi Zidana qarşı nalayiq sözlər işlətdiyini etiraf edib.
“Mən doğurdan da Zidana qarşı nalayiq sözlər işlətdim, lakin bu hərəkətim belə reaksiyaya səbəb olmamalı idi. Roma, Neapol, Turin, Milan və Parisin istənilən küçəsində bundan daha ağır sözlər eşitmək olar. Mənim dediklərim onun anasına yox, bacısına aid idi”, - futbolçu bildirib.
Xatırladaq ki, 2006-cı ildə dünya çempionatının finalında İtaliya və Fransa milliləri arasında keçirilən qarşılaşmada rəqibinin təxribatına uyan Zidan onun sinəsinə başla zərbə edirmiş və qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Fransa yığması isə çempionluq titulunu penaltilər seriyasında İtaliyaya uduzmuşdu.
Mənbə:> Oxu.Az