Oğul atanın “qəhrəmanlığını” təkrar etdi – VİDEO
Məşhur əfsanəvi futbolçu Zinəddin Zidanın oğlu Luka “Real”ın gənclərdən ibarət komandası ilə “Atletiko” ilə görüşdə birbaşa qırmızı kart alaraq meydandan qovulub.
ANS PRESS-in məlumatına görə, buna səbəb “Real”ın 17 yaşlı qapıçısının başı ilə rəqib komandanın oyunçusuna zərbə endirməsi olub.
Bununla da Luka atasının 2006-cı ildə eyni hərəkətini təkrar etmiş olub. Bu oyunda “Atletiko” “Real”a 4:2 hesabı ilə qalib gəlib. Zidan 2006-cı ildə futbol üzrə keçirilən dünya çempionatında Fransa-İtaliya final oyununda rəqib komandanın oyunçusu Marko Materatsiyə başla zərbə endirmişdi. Buna görə oyunun 110-cu dəqqiəsində Zinəddin Zidan qırmızı kart alaraq meydanı tərk etməyə məcbur olmuşdu. Həmin oyunda fransızlar penalti zərbələrində italyanlara 3:5 hesabı ilə məğlub olmuşdu.
Zidanın etdiyi hərəkət
Oyundan sonra Luka verdiyi açıqlamada rəqib oyunçuya qarşı qəsdən kobudluğ etmədiyini bildirib. “Oyun gərgin keçdi və meydanda əsəblər çoşmuşdu. Belə bir vəziyyətdə əsəbləri cilovlamaq heç də asan deyil. Üstəlik komanda uduzan zaman əsəbilik daha da artır. Mən də emosiyalarımı sonda saxlaya bilmədim. Ancaq gələcəkdə bunu etməyəcəm”,- deyə Luka bildirib. Lukadan baçqa Zidanın daha 3 oğlu Entso, Elias və Teo da futbol oynayırlar.
Mənbə:> ANSPRESS