Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişib” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişib”

Daha bir ağırlıqqaldıranımız dopinqdə “ilişib”

Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı Sərdar Həsənov da var.

Belə ki, Pekin-2008-də 31 yaşlı idmançımızdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron aşkarlanıb.

Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası Həsənovu, həmçinin Tiqran Martirosyan (Ermənistan) və Sibel Ozkanı (Türkiyə) yekun qərar verilənədək bütün yarışlardan diskvalifikasiya edib. Əgər dopinqdən istifadə təsdiqlənərsə, onların cəzaları açıqlanacaq.

Qeyd edək ki, Həsənova kimi yığmamızın digər üzvü Boyanka Kostova da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. Onun orqanizmində deqidroxlorometiltestosteron və stanozolol maddələri aşkarlanıb.

Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *