Dəhşətli kadrlar: İŞİD 7 üzvünü qaynar suda bişirdi – FOTO
Milli.Az Al Huda-ya istinadən bildirir ki, İraqın Səlahəddin vilayətindəki əl Şuhada rayonunda İŞİD-in yerli "Şəriət məhkəməsi"nin qərarı ilə dünən terror təşkilatının 7 üzvü edam olunub.
Əl-ayaqları və gözləri bağlanmış terrorçular içində qaynar su olan böyük, dəmir konteynerin içinə atılıblar. Terrorçular qaynayan suda diri-diri yanıblar.
Bu 7 terrorçu Fəllucanın mərkəzindəki əl Şuhada və ən Nəssaf rayonlarındakı döyüşlərdə mövqelərini qoyub qaçmaqda, fərarlikdə suçlanıblar.
Dünən 3 İŞİD terrorçusu da fərarilikdə suçlanaraq güllələniblər. Cəllad tapançanın lüləsini onların alınlarına dayayaraq atəş açıb.
İŞİD "qaynar su edam"ını intensiv şəkildə tətbiq etməyə başlayıb.
İlk dəfə bu edamlar İraqın şimalındakı Sincar şəhərində əsir alınmış yezidlərə qarşı gerçəkləşdirilib. Al Arabia bildirir ki, İŞİD əsarətindən qaçıb qurtulmağı bacarmış yezidlərin dediklərinə görə, terrorçular onların əmrlərinə tabe olmayan 23 yezid qızı və qadını diri-diri yandırıblar.
Mənbə:> Milli.Az