Banqladeşdə terror: 26 nəfər ölüb – FOTO
Banqladeşin paytaxtında restorana hücum zamanı altısı terrorçu olmaqla, iyirmi altı nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə iyulun 2-də ölkənin hərbi qurumuna istinadən Reuters nəşri xəbər verir.
Qətlə yetirilən girovların hamısı xaricilərdir, onların əksəriyyəti Yaponiya və İtaliya vətəndaşlarıdır.
Rəsmi məlumata əsasən, biri Yaponiya və ikisi Şri-Lanka vətəndaşı olmaqla, 13 nəfərin həyatını xilas etmək mümkün olub.
09:10
Bir qrup silahlı şəxs Banqladeşin paytaxtı Dəkkə şəhərindəki Gulşa diplomatik klvartalında yerləşən “Holey Artisan Bakery” restoranına hücum edib.
Oxu.Az “RİA Novosti”-yə istinadən xəbər verir ki, onlar paytaxtdakı “Holey Artisan Bakery” restoranına hücum edərək 20 nəfəri girov götürüb.
Terrorçuların hücumu zamanı 30-dan çox adam yaralanıb.
Silahlı şəxslər tərəfindən restoranda girov götürülmüş şəxslərın xilas edilməsi əməliyyatına 100 xüsusi hərbçi cəlb edilib.
Əməliyyat zamanı 5 nəfər ölüb.
Polisin yaydığı ən son məlumata görə, xilasetmə əməliyyatında azad edilənlərin sayı 11 nəfərə çatıb.
Mənbə:> Oxu.Az