Lüks otelə silahlı hücum – 170 nəfər girov götürüldü
Malinin paytaxtı Bamakoda silahlı şəxslər Radisson Hoteli ələ keçirib, 170 nəfəri girov götürüblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, girov götürülənlərdən 140-ı qonaq, 30-u isə otel əməkdaşıdır.
Silahlı şəxslər otelə giriş-çıxışı bağlayıblar. Onların otelə “Allahu Əkbər” qışqıraraq hücum etdikləri deyilir.
Hazırda otelin binasında atışma səsləri eşidilir.
Girovlardan 3-nün öldüyü bildirilir.
Oteldə girov saxlanılanlar arasında Türk Hava Yollarının 6 əməkdaşı da var. Məlumata görə, silahlı şəxslər Qurandan ayə oxuya bilən girovları azad edir.
Mənbə:> Qafqazinfo.az