Bakının təhlükəli çimərlikləri
“Bakıda bəzi çimərliklərdə suyun tərkibində insan orqanizmi üçün təhlükə törədən bakteriyalar var”.
AzNews.info Milli.Az-a istinadən xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbə müdiri Ziyəddin Kazımov deyib.
Şöbə müdirinin sözlərinə görə, belə bakteriyalar Bakının “Sahil” və “Şıx” çimərliklərində aşkar edilib:
“Biz bunu hələ mövsümün əvvəlində aşkar etmişik və o vaxtdan bəri, hələ ki, müsbət dəyişiklik baş verməyib”, - deyə o bildirib.
Z.Kazımov əlavə edib ki, adıçəkilənlərdən başqa digər çimərliklərdə hər hansı təhlükəli məqam aşkar edilmədiyindən insanlar oralarda rahat istirahət edə bilərlər.
Mənbə:> Milli.az