Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru işdən uzaqlaşdırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru işdən uzaqlaşdırıldı

Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru işdən uzaqlaşdırıldı


Barəsində cinayət işi başlanan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Oxu.Az xəbər verir ki, hazırda onun vəzifəsini direktor müavini Vaqif Abdullayev icra edir.

İstintaq və məhkəmə prosesi başa çatanadək A. Əlibəyov vəzifəsini icra etməyəcək.

Qeyd edək ki, A. Əlibəyov ötən ilin mayında Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub.

A. Əlibəyov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində heç bir yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *