SOCAR-ın Türkiyədəki müəssisəsi girov qoyulub
2015-ci il ərzində SOCAR-ın törəmə müəssisəsi “Petkim”in 70%-lik paya sahib olduğu “Petlim Limancılık Ticaret A.Ş”, konteyner limanı layihəsinin kənardan maliyyələşdirilməsi məqsədilə “Akbank T.A.Ş.” ilə 212 mln. dollar (331 milyon manat) dəyərində kredit razılaşması imzalanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.
Sənəddə qeyd edilib ki, kreditin ödəmə müddəti 13 il təşkil edir.
Razılaşmada ilk 3 illik müddətdə ödənişlərin aparılmayacağı nəzərdə tutulur. “Petkim” kreditin qaytarılmasına zəmanət olaraq 105 milyon türk lirəsi (56 milyon manat) müqabilində “Petlim”də olan səhmlərini girov qoyub.
Bundan əlavə, 20 noyabr 2015-ci il tarixində “Petlim”, “Akbank T.A.Ş.”-ın xeyrinə, özünün torpaq sahəsi üzrə 350 milyon dollar (368 milyon manat) məbləğində 1-ci dərəcəli girov verib.
Mənbə:> Oxu.Az