Bakıda məşhur şirkətin binasında partlayış – FOTO
"Baku Steel Company"-nin binasında ilkin məlumata görə, partlayış baş verib.
Hadisə şahidlərindən 1Xəbər.com-a verilən məlumata görə, hadisə bir az öncə baş verib. Partlayış nəticəsində beş nəfərin xəsarət aldığı deyilir.
Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Partlayışın səbəbləri tam bilinmir. Şirkətin mühafizə xidmətindən verilən məlumata görə, hadisə barədə ətraflı rəsmi saytlarında məlumat veriləcək. Əməkdaş hadisəni nə təsdiq nə də təkzib edib.
Mənbə:> 1xeber.com