Nazir: Göygölə gedənlər deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nazir: Göygölə gedənlər deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir

Nazir: Göygölə gedənlər deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir

Azərbaycanın milli parklarını Gürcüstandakı parklarla müqayisə etmək düzgün deyil.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov “Caspian Plat Forum”da çıxışı zamanı deyib.

O bildirib ki, Göygöl Milli Parkı ərazisinə 40 gün ərzində 70 mindən çox turist gəlib:

“Bəzən bizi Gürcüstan ilə müqayisə edirlər. SSRİ dövründə Gürcüstanda milli parkların konsepsiyası var idi. Borjomidə milli parklar yaşayış sahələri ilə yanaşıdır.

Biz milli düşüncəyə görə, bunu edə bilmirik. İnsanlarımızı başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma, get öz pay torpağını ək-becər.

Amma Gürcüstanda bunu edirlər. Bizə deyirlər ki, niyə Gürcüstanda milli parklara 2 milyon, Azərbaycanda isə 2 min turist gedir. Bunu da unutmayaq ki, Gürcüstana gedən 2 milyon nəfərinin 450 mini Borjomiyə müalicəyə gedən azərbaycanlılardır.

Biz Göygöl qoruğunu açdıq, 40 gün ərzində 70 mindən çox adam gəldi. Yəni, bizdə milli parklara heç də 2 min adam getmir. Amma ora gedənlərin qoruğu nə günə qoyduqlarını gördünüz. Deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir. Göygöldə kabab bişirmək üçün xüsusi yerlər də ayırdıq”, – deyə nazir bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *