Göygölə giriş açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Göygölə giriş açıldı – FOTO (YENİLƏNİB)

Göygölə giriş açıldı


Göygöl Milli Parkın ərazisində olan zibillər yığışdırılıb, vətəndaşlar artıq tam sərbəst parka daxil ola bilərlər.

Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Vaqif Cavadov deyib.

O bildirib ki, bu gün işçi qüvvəsi Göygöl Milli Parkının ərazisində təmizləmə işləri aparıb.

“Biz həftədə bir dəfə Milli Parkda sanitar gün keçirəcəyik. Sanitar gündə bütün işçi qüvvəsi əraziyə cəlb olunacaq, zibillər yığışdırılacaq. Həmin vaxt vətəndaşların Göygölə girişi məhdudlaşdırılacaq.”

10:52

Göygöl Milli Parka buraxılış bir neçə saatlıq dayandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın müxbiri Vusal Mammadov (fotolar müxbirə məxsusdur - red.) sosial şəbəkədə yazıb.

“İki gündür “Göygölü zibil basıb” deyənlərə "şad” xəbər. Bu gün təmizlik məqsədi ilə gölə buraxılış bir neçə saatlıq dayandırılıb”, - deyə, hadisə yerində olan jurnalist yazıb.

Göygölə giriş açıldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *