Nazirlik Göygölü zibilləyənləri cərimələdi
Göygöl Milli Parkın ərazissini zibiləyyən 15 nəfər cərimələnib.
Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadov deyib.
Onun sözlərinə görə, ərazini çirkləndirən vətəndaşlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilib:
“Müxtəlif yerdə zibil qabları qutusu qoyulub, 10 minə yaxın zibil torbası alınıb. Bu cərimə ilə həll olunan deyil, ictimai nəzarət olmalıdır, insanlarda bir-birinə qarşı ictimai qınaq olmalıdır”.
Mənbə:> Oxu.Az - Elvin Əhmədov