200 minlik “Maserati” və “SLS” cərimə meydançasında – FOTO
Aprelin 29-da, axşam saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində qayda pozuntusuna yol verən “Maserati” və “Mercedes-SLS” markalı iki avtomobili saxlayıb.
AzNews.info Avtosfer.az-a istinadən xəbər verir ki, təxminən 200 min qiyməti olan bu avtomobillərin hər ikisi Bakı Şəhər DYPİ-nin ərazisindəki cərimə meydançasına aparılıb.
Bu gün saytın əməkdaşı cərimə meydançasında olan hər iki avtomobilin fotolarını çəkib.
DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, hər iki nəqliyyat vasitəsi qanunla istifadəsi qadağan olunan səsgücləndirici vasitələrdən istifadə etdiklərinə görə saxlanılıb və sürücülər barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, maşınlara “xor-xor” səs çıxaran qurğuların quraşdırılması qanunla qadağandır və İnzibati Xətalar Məcəlləsində bu əmələ görə sürücünü min manatadək cərimə gözləyir.
Mənbə:> Avtosfer.az