Gürcüstanda lari ucuzlaşır
Gürcüstanın milli valyutası lari iyulun ortasından bərpa olunan ucuzlaşma tendensiyasını davam etdirir, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Gürcüstan Milli Bankının rəsmi mübadilə məzənnəsinə əsasən, cümə günü Gürcüstanda 1 dolların qiyməti 2,3271 lari təşkil edib.
Əvvəlki məzənnə ilə müqayisədə lari 0,0026 lari ucuzlaşıb.
Gürcüstanın milli valyutası ötən ilin noyabrından kəskin ucuzlaşmağa başlayıb.
Yay mövsümünün başlaması ilə larinin məzənnəsi sabitləşsə də, iyulun 14-dən hiss olunan azalma qeydə alınıb – larinin dollara nisbətdə məzənnəsi 2,25 təşkil edib.
Avqustun 7-də isə gürcü milli pulunun dollara nisbətdə məzənnəsi 2,30 təşkil edib.
Mənbə:> Oxu.Az