Xaçmazda meyvə bağında polisin meyiti tapıldı
Xaçmaz rayonunda kişi meyiti tapılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarından birində aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ölən şəxsin Daxili İşlər Nazirliyinin xüsusi əhəmiyyətli obyektlərin qorunması idarəsinin əməkdaşı Beyrək Seyidverdiyev olduğu məlum olub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib və ilkin araşdırmalar zamanı onun üzərində heç bir fiziki xəsarət aşkar edilməyib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.
Mənbə:> Oxu.Az