Zaqatalada meşədə meyit tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Zaqatalada meşədə meyit tapıldı

Zaqatalada meşədə meyit tapıldı


Zaqatala rayonu ərazisində meşə zolağında kişi meyiti tapılıb.

AzNews.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 27-si günorta saatlarında rayonun Dağlı kəndi yaxınlığında meşə zolağında sakinlər tərəfindən 40-45 yaşlı kişi meyiti aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Zaqatala rayonu Dağlı kənd sakini, 1970-ci il təvəllüdlü Rəhman Şahid oğlu Abdullayevdir.

Araşdırma zamanı məlum olub ki, evli və iki övlad atası olan R.Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.

R.Abdullayevin ürək tutmasından öldüyü müəyyən edilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *