Aeroportdakı partlayışın arxasında İŞİD durur? – VİDEO
İstanbul aeroportunda baş verən partlayışlara görə məsuliyyəti “İslam dövləti” (İŞİD) terror qruplaşması üzərinə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə ilkin məlumata istinadən “Reuters” bildirib.
Bununla yanaşı, İŞİD-in məsuliyyətini təsdiqləyən informasiya yoxdur. Hakimiyyətin versiyasına görə, hücumu üç terrorçu-kamekadze həyata keçirib, bu barədə İstanbulun valisi Vasip Şahin danışıb.
Türkiyə hakimiyyəti baş verənləri terror aktı elan edib. İlkin məlumata görə, partlayışları terrorçu-kamekadzelər yoxlamadan öncə keçiriblər. Hücumlar beynəlxalq reyslərin və daxili reyslərin gəliş zonasında həyata keçirilib.
Mənbə:> Oxu.Az