Şirvanda azyaşlı faciəvi şəkildə öldü
Şirvanda azyaşlını elektrik cərəyanı vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, iyunun 24-də Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsində yaşayan azyaşlı Məhəmməd Muradov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az