Bakıda kişi arvadını şüşə stəkanla öldürdü
Bu qətlin də qurbanı gənc qadındır. Dünnə axşam Bayıl qəsəbəsində ailədaxili münaqişə zəmnində 34 yaşlı qadın qətlə yetirilib.
Oxu.Az Sputnik-ə istiandən xəbər verir ki, Səbail rayon polis İdarəsində iyunun 23-də saat 19.30 radələrində Bayıl qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Müzəffər Piriyev ailə münaqişəsi zamanı üç uşaq anası 1982-ci il təvəllüdlü Cəlalə Abbasovanı öldürüb.
Törətdiyi əməldən sonra kişi polisə təslim olub. Məlumdur ki, Piriyev daha öncə məhkum olub.
İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bəyan edib. Amma cəsədin müayinəsi zamanı pataloqoanatomlar başqa nəticəyə gəliblər. Abbasova beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Baş nahiyəsində olan yaralar bunu sübut edir. Şüşə stəkan ilə Piriyev var qüvvəsi ilə arvadının başına bir neçə zərbə vurub. Stəkan sınmayıb, o əyayi dəlil kimi hüquq mühafizə orqanı əməkdaşları trəəfindnə müsadirə edilib.
Qətli törədərkən Piriyev narkotik vasitələrin təsiri altında olub. Bundan başqa davranışı, onda şizofrenik meyllərin olduğuna işarə edir.
Abbasovanın qohumlarını sözlərinə görə, daha öncə C.Abbasova əri ilə əvvəlki münaqişədən sonra atası evinə getsə də valideynləri onu geri qaytarıblar.
Fakt üzrə istintaqı rayon prokurorluğu aparır.
Mənbə:> Oxu.Az