Bakıda usta ev sahibini öldürdü
Keçən şənbə Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Prokurorluğundan bildiriblər.
Xəbər verildiyi kimi Türkan qəsəbəsində daha öncə məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov, 1976-cı il təvəllüdlü yerli sakin İlham Muradova bıçaq zərbəsi vurub.
Zərərçəkən 3 saylı şəhər klinikasına çatdırılan zaman dünyasını dəyişib. Həkimlər xəstəni qəbul etməyi belə çatdırmayıblar.
İlkin araşdırma zamanı müəyyən edilib ki, mübahisə Muradovun evində baş verib. Əli Məmmədov Muradovun evini təmir edirmiş.
Məlumdur ki, Məmmədov evin sahibindən əməyi üçün pul istəyib, cavabında isə iş başa çatmadığı üçün pul almayacağını eşidib.
Qəzəblənən Məmmədov, bıçağa əl atıb Muradova yalnız bir zərbə vurub, zərbə dalağına dəyib.
Törətdiyi əməldən sonra Məmmədov evinə gedib, əməliyyatçılar onu evində saxlayıblar.
Fakt üzrə istintaqı rayon prokurorluğu aparır.
Mənbə:> AZXEBER.COM