Ziya Məmmədov vətəndaşları qəbul edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ziya Məmmədov vətəndaşları qəbul edib – FOTO

Ziya Məmmədov vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov iyunun 24-də Samux rayonunda qəbul keçirib.

Oxu.Az xəbər verir ki, nazir Daşkəsən, Göygöl, Samux rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət, şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, Daşkəsən-Mingəçevir-Bakı müntəzəm marşrut xəttinin və Göygöl-Qazax-Qırmızı Körpü yeni marşrut xəttinin açılmasında köməklik göstərilməsi, eləcə də Bakı-Göygöl-Bakı marşrut xətti üzrə hərəkət qrafikində müəyyən dəyişikliklər edilməsi təklif olunub.

Samux və Göygöl şəhərlərində müasir standartlara uyğun avtovağzal kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı təkliflər, vətəndaşların qaldırdığı məsələlərlə bağlı müraciətlərə baxılıb.

Samux rayonunun yol-nəqliyyat kompleksində görülmüş işlərlə bağlı vətəndaşlar tərəfindən minnətdarlıq ifadə olunub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.
Ziya Məmmədov vətəndaşları qəbul edib

Ziya Məmmədov vətəndaşları qəbul edib

Ziya Məmmədov vətəndaşları qəbul edib

Ziya Məmmədov vətəndaşları qəbul edib

Ziya Məmmədov vətəndaşları qəbul edib

Ziya Məmmədov vətəndaşları qəbul edib

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *